Gürcüstan hökuməti ABŞ-la münasibətləri normallaşdırmağa hazırdır, ancaq ilk növbədə ABŞ-də “dərin dövlət”i məğlub etmək lazımdır.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
Kaladze ABŞ prezidenti Donald Trampın “dərin dövlət”in məğlub ediləcəyi ilə bağlı vədlərini tam yerinə yetirəcəyinə ümid etdiyini, bunun təsirlərinin Gürcüstanda da hiss ediləcəyini bildirib.
“Gürcüstan hakimiyyəti münasibətləri normallaşdırmağa hazırdır. Biz hər gün gedən prosesləri izləyirik. ABŞ-ın yeni prezidenti birbaşa “dərin dövlət”ə qarşı müharibə elan edib və onun əsas məqdədi “dərin dövlət”i məğlub etməkdir. Biz uzun müddətdir ki, “Qlobal Müharibə Partiyası”nda və onun maraqlarından, Gürcüstanda dərin köklərə malik olmasından, dünyanın müxtəlif ölkələrində maraqlarının olmasından danışırıq. Ona görə də ilk iş, təbii ki, “dərin dövləti”məğlub etməkdir. Bunu dərhal görəcəyik. Təbii ki, bu, ölkəmizə, bizim münasibətlərimizə təsir edəcək. Gürcüstan hakimiyyəti dostluğa hazırdır. ABŞ prezidentinə bu mübarizədə uğurlar arzulayırıq və ümid edirik ki, o, “dərin dövlət”in məğlubiyyəti ilə bağlı verdiyi vədi yerinə yetirəcək” – deyə Kaladze vurğulayıb.
Azinformasiya.az