Kadırov: Sülh üçün Ukrayna Rusiyanın regionu olmalıdır

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, hazırda hərbi əməliyyatların dayandırılması Rusiya üçün sərfəli deyil və o, öz fikrincə, sülhün əldə olunması üçün lazım olan şərti açıqlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, Kadırov bu barədə “RIA Novosti”yə açıqlama verib.

“Ümumiyyətlə, mən indiki şəraitdə döyüşlərin dayandırılmasının tərəfdarı deyiləm,” – deyə o vurğulayıb. Kadırov bildirib ki, hərbi əməliyyatın məqsəd və vəzifələri havadan götürülməyib: “Onların arasında Rusiyanın təhlükəsizliyinin təmin edilməsi də var.

Sərhədlərimizdə sülh ancaq Ukrayna Rusiyanın regionu və ya dairəsi olanda mümkün ola bilər.”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir