Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.
Bu barədə Azinformasiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.