“Yeni Əkinçi” media qrupun rəhbəri, jurnalist, müharibə veteranı Habil Vəliyevin azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Bir sıra media nümayəndələrinin müraciətini təqdim edirik:
Çox hörmətli Cənab Prezident!
Bu gün milli mətbuat günüdür və bizim müraciətimiz tanınmış jurnalist Habil Vəliyevin həbsi ilə bağlıdır. Müharibə veteranı,’’Yeni Əkinçi’’ media qrupun rəhbəri, 125 saylı seçki dairəsinin məntəqə sədri Habil Vəliyev artıq 1 il 6 aydan artıq müddətdir ki, həbsxanadadır. Məhkəmə Habil Vəliyevə cəza kəsib və iş hal-hazırda apelyasiya məhkəməsindədir. Həbsdə olduğu müddətdə sağlamlığında ciddi problemlər yaranıb və həyat yoldaşı vəfat etdiyindən ailəsi başsız qalıb.
Habil Vəliyev YAP-ın yarandığı ilk günlərdən YAP-ın üzvüdür və YAP-ın ilk təşkilat komitə sədrlərindəndir. Müharibə dövründə təhsilini yarımçıq qoyaraq ordu sıralarına qoşulmuş və könüllülər batalyonunun komandiri olmuşdur. Müstəqil Azərbaycanın ilk zabitlərindəndir. 30 ilə yaxın müddətdə Yasamal rayon veteranlar birliyinin sədri və seçki məntəqəsinin sədri olaraq ictimai fəaliyyəti olmuşdur. Habil Vəliyev öz açıqlamalarında özünü iqtidardan hesab etdiyini hər zaman qeyd edib.
Müraciətin sonunda Prezidentə belə səslənilir:
Cənab Prezident !
Habil Vəliyevin ictimai fəaliyyəti,xidmətləri,ailə vəziyyəti və şəxsi keyfiyyətləri nəzərə alınaraq,onun barəsində verilmiş hökmün dəyişdirilərək,onun azadlığa buraxılması ilə bağlı kömək etməyinizi sizdən xahiş edirik.
Cənab Prezident!
Siz,Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmişiniz, insanlara növbəti şans tanımısız!
İnanırıq ki, Habil Vəliyevin həbsdən azad olunması ilə bağlı lazımi göstərişlərinizi verəcəksiniz.
Əvvəlcədən sizə dərin minnətdarlığımızı bildiririk.
Müraciəti aşağıdakı tanınmış şəxslər edib:
Qulu Məhərrəmli – Əməkdar Jurnalist
Zahir Əzəmət – Qaynarinfo.az saytının redaktoru
Şöhrət Eldəniz – Jurnalist
Şirin Cəfəri – “Gündəm Xəbər” qəzetinin baş redaktoru
Azər Qaramanlı – Pia.az (poliqon.info) saytının baş redaktoru
Səbuhi Abbasov- 7news.az saytının baş redaktoru
Səməndər Niftəliyev – Patrul.az saytının baş redaktoru
Peyman Sadıqov- Xalqxeber.az saytının baş redaktoru
Nicat Mahmudov – Rubrika.az saytının baş redaktoru
Fuad Əliyev – Korrupsiya.az saytının baş redaktoru
İlqar Salmanov – Yenixeber.az saytının baş redaktoru
Kamran Məhərrəmli – Nuh.az saytının baş redaktoru
Elvin Mahmudov – Leqal.info saytının baş redaktoru
Mirəziz Əzizov – Jurnalist
Rauf İlyasoğlu- Jurnalist, şair-publisist
Nüsrət Rəhimov- Jurnalist
İfadə Cəfərzadə – Jurnalist
Nəsimi Zahidoğlu – Jurnalist
Azinformasiya.az