“Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir”.
Azinformasiya.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, cəsəddən DNT analizi götürülüb: “Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir”.
Baş prokuror, həmçinin qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.