İtaliyanın xarici işlər naziri: Silahlı şəxslər ölkənin Dəməşqdəki səfirliyinə gəlib

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, silahlı şəxslər respublikanın Dəməşqdəki səfirinin iqamətgahına gələrək 3 avtomobili aparıblar.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

“Nə səfir, nə də onu mühafizə edənləri xəsarət almayıb”, – nazir bildirib. O, aydınlaşdırıb ki, diplomatik missiyada rejimin nümayəndələrini axtarırlar. Onun sözlərinə görə, ümumilikdə vəziyyət, nəzarət altındadır, İtaliya rəhbərliyi buna nəzarət edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir