İtaliyada süni ət qadağan olunub

İtaliya hökumətinin qərarı ilə ölkəyə süni ətin idxalı və ya ölkədə hazırlanması qadağan edilib.

 

Azinformasiya.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qərarı Nazirlər Şurası verib.

Bundan başqa, ölkədə bütün sintetik qidaların satışı qadağan edilib. Nazirlər Şurasının qərarında bildirilir ki, süni qidaların insan orqanizminə zərər verməməsinə dair heç bir elmi sübut yoxdur.

Qanunun qüvvəyə minməsi üçün parlament tərəfindən təsdiq olunmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir