İtaliyada gəmi qəzaya uğrayıb, 40-dan artıq miqrant həyatını itirib

İtaliyanın cənubunda gəmi qəzaya uğrayıb, 40-dan artıq miqrant həyatını itirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə yerli ANSA agentliyi hadisədən sonra sağ qalanların məlumatına istinadən bildirib.

Qeyd olunub ki, İtaliyanın cənubundakı Siciliya boğazında Tunisdən yola düşən gəminin batması nəticəsində ən azı 41 miqrant həyatını itirib.

Hadisədən sonra 4 nəfərin sağ qaldığı bildirilib.

Axtarış-xilasetmə işləri davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir