İtaliya Ukraynaya hərbi yardım haqqında fərmanı təxirə salıb

İtaliya hökuməti Ukraynaya hərbi yardımın 2026-cı ildə də davam etdirilməsinə imkan verəcək fərmanı qəbul etməyi təxirə sala bilər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Reuters“ agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, hökumət daxilində yaranan gərginlik fonunda İtaliya hökuməti Ukraynaya hərbi texnika tədarükünü davam etdirməyə imkan verəcək fərmanı təsdiqləməyi təxirə sala bilər.

Baş nazir Ciorcia Meloni Ukraynaya Rusiya təcavüzünə qarşı dəstəyin sonadək davam edəcəyini vəd etsə də, Baş nazirini müavini Matteo Salvini bu dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.

Mənbələr bildirirlər ki, fərman bu gün hökumət iclasına hazırlıq çərçivəsində gündəlikdə nəzərdə tutulub, ancaq gündəlikdəki məsələlər çox olduğundan məsələ iclasa daxil edilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir