İsveçrədə xizək mərkəzində partlayış olub, ölən və yaralananlar var

Alp dağlarında yerləşən dəbdəbəli xizək kurortu şəhərciyi Krans-Montanada bir barda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İsveçrə polisi açıqlama yayıb.

Məlumata əsasən, İsveçrənin məşhur Krans-Montana xizək mərkəzində Yeni il qeyd edənlər böyük faciə yaşayıb.

2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb.

Valais kanton polisinin sözçüsü Gaëtan Lathion hadisə zamanı insan tələfatının olduğunu təsdiqləyib.

Şahidlərin və hadisə yerində olan tibb işçilərinin bildirdiyinə görə, onlarla ağır yaralı və ölən var.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir