İsveçrədə Rusiya və Gürcüstan arasında danışıqların növbəti raundu keçiriləcək

Sabah İsveçrədə Rusiya və Gürcüstan arasında Cenevrə Beynəlxalq Müzakirələrinin növbəti raundu keçiriləcək.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia jurnalistlərə açıqlamasında bildirib.

Laşa Darsalianın sözlərinə görə, Avropada və regionda təhlükəsizlik mühitinin nəzərəçarpan dərəcədə korlanması şəraitində olacaq müzakirələrdə Gürcüstan tərəfi işğalın aradan qaldırılması, Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılaraq müharibədən öncəki xəttinə qayıtması, qaçqınların qayıdışı kimi məsələlər qaldırılacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir