İsveç hökuməti iyula kimi İsveçin NATO-ya üzv olacağına ümid edir

İsveç hökuməti iyul ayına kimi ölkənin NATO-ya üzv olacağına ümid edir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Yonson Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin qeyd etdiyi kimi, İsveç hökumətinin ən yüksək prioriteti NATO-ya mümkün qədər tez tamhüquqlu üzv olmaqdır.

Yonson 11-12 iyul tarixlərində Alyansın Vilnüsdə sammitinin keçiriləcəyini və İsveçin bu tarixə kimi NATO-nun tamhüquqlu üzvü olmağa ümid etdiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir