İsveç Ukraynaya “Gripen” qırıcı təyyarələri göndərə bilməyəcək.
Azinformasiya.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson yerli TV4 kanalına müsahibəsində açıqlayıb.
İsveç hökumətinin rəhbəri bildirib ki, ölkəsinin “Gripen” qırıcı təyyarələrinə ehtiyacı var və bu səbəbdən onları hələlik Ukraynaya göndərmək planları yoxdur.
Kristerssonun sözlərinə əsasən, İsveç coğrafi baxımdan böyük ölkədir, özünü müdafiə etməlidir, çünki hələ NATO-ya üzv deyil. Danimarka və Hollandiya Ukraynaya çox sayda onlarla döyüş təyyarəsi vəd etsələr də, İsveç bunu edə bilmir.
Azinformasiya.az