İsveçin Baş naziri Ulf Kristersson Quranın nüsxələrinin təhqir olunduğu nümayişlərin davam etməsinin nəticələrindən “son dərəcə narahat olduğunu” bildirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsveç hökumət başçısı TT agentliyinə bildirib.
“Bu təhqiramiz aktların həyata keçirilməsinə icazə üçün bir sıra əlavə müraciətlər edilib. Onlara icazə verilsə, ciddi hadisələrin baş vermə riskinin olduğu günlər bizi gözləyir. Bunun nəyə gətirib çıxara biləcəyindən çox narahatam”, Kristersson söyləyib.
Qeyd edək ki, İsveç mətbuatı təhlükəsizlik polisinin, fəaliyyətinin son günlər gücləndirildiyini bildirib. Ölkədə Antiterror Şurasının yaradılması ilə bağlı qərar da qəbul edilib.
Azinformasiya.az