“NATO Baş katibi Stoltenberq məni indicə məlumatlandırdı ki, NATO-ya üzv bütün dövlətlər bizim qoşulma protokolumuzu qəbul edib və İsveçi Şimali Atlantika Müqaviləsinə qoşulmağa dəvət edib. İsveç tezliklə NATO-nun 32-ci üzvü olacaq”.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson “X” səhifəsində yazıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu gün İsveçin NATO-ya üzvlüyü barədə protokolun qüvvəyə mindiyini açıqlayıb.
Azinformasiya.az