İstanbulda partlayış olub, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.

Azinformasiya.Az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Məlumata görə, hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir