İstanbulda FETÖ terror təşkilatı üzvlərinə qarşı əməliyyat keçirilib.
Azinformasiya.az “TRT HABER”ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları, FETÖ/PDY terror təşkilatı üzvlərinə qarşı əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Əməliyyat zamanı 19 nəfərin bu şəbəkəyə aid olması müəyyən edilib. Onlardan 15 nəfəri saxlanılıb, birinin saxlanılması istiqamətindən əməliyyatlar davam edir.
Müəyyən edilən şəxslərdən 3-ü ölkə xaricinə qaçıb.
Azinformasiya.az