İstanbulda bina çöküb, dağıntılar altında qalan insanlar var

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində naməlum səbəbdən 3 mərtəbəli bina çöküb.

 

Azinformasiya.az  TRT Haber-ə istinadən xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib. Dağıntılar altında qalan insanların olduğu bildirilir.

Dağıntılar altında qalanların olduğu xəbərini alan qrupların axtarış-xilasetmə əməliyyatına başladığı və dağıntılar altında bir nəfərlə əlaqə saxladığı öyrənilib.

Yaralılardan 2 nəfəri xilas edən qruplar, xilasetmə işlərini davam etdirir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir