Qəzzada atəşkəs razılaşmasına görə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir istefa verib, Otzma Yehudit Partiyası hakim koalisiyadan çıxıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Otzma Yehudit Partiyası bəyanat yayıb.
Qeyd edək ki, Ben-Qvir daha əvvəl razılaşmanı HAMAS-a təslim olmaq kimi qiymətləndirərək tənqid edib və təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.
Partiyanın bəyanatında qeyd edilib ki, HƏMAS-la razılaşma İsrail Ordusunun müharibədə çətinliklə əldə etdiyi nailiyyətləri yox edir, Qəzzadan çəkilməyi nəzərdə tutur və döyüşləri HƏMAS-a təslim olmaq kimi başa çatdırır.
Azinformasiya.az