“İran tərəfinin ölkəmizə endirdiyi və 21 nəfərin ölümünə, yüzlərlə dinc sakinin yaralanmasına səbəb olan zərbələrdən Tehran sakinləri əziyyət çəkəcək”.
Azinformasiya.az “Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O, eyni zamanda bu zərbələrin İsrail ordusunu atdığı addımlardan çəkindirmək xarakteri daşıdığını söyləyib:
“İranın ali diktatoru artıq İsrailin dinc sakinlərinə atəş açan diktatora çevrilib. Tehran sakinləri tez bir zamanda buna görə ağır şəkildə cavab verəcəklər”.
Azinformasiya.az