İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana gələcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata əsasən, səfər iyulun 14-nə kimə davam edəcək. Səfər çərçivəsində Yoav Qallantın Prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.
Səfərin məqsədinin Azərbaycanla siyasi əməkdaşlığı möhkəmləndirmək, iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirmək olduğu məlumatda qeyd olunub.
Azinformasiya.az