İsrail Xin rəhbəri: Antoniu Quterreşi “arzuolunmaz şəxs” elan etməyə davam edəcəyik

Biz BMT-nin Baş katibi Antoniu Quterreşi “arzuolunmaz şəxs” elan etməyə və onun İsrailə girişinə qadağa qoymağa davam edəcəyik.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “X” səhifəsində yazıb.

“BMT-nin Baş katibi Antoniu Quterreş 7 oktyabr hadisələrindən sonra HAMAS-ı terror təşkilatı elan etməkdən imtina etdiyi kimi, HAMAS lideri Yəhya Sinvarın öldürülməsini də müsbət qarşılamadı. Quterreş son dərəcə antiisrail və antisemit siyasət yürüdür. Biz onu “persona non-grata” elan etməyə və İsrailə girişinə qadağa qoymağa davam edəcəyik”, – İsrael Kats vurğulayıb.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi bir müddət əvvəl BMT-nin Baş katibini “arzuolunmaz şəxs” elan edib və onun ölkəyə girişinə qadağa qoyub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir