İsrail XİN “Hizbullah”ın tərksilah edilməsini tələb edib

İsrailin xarici işlər naziri İsrael Katz digər ölkələrin xarici işlər nazirlərinə məktub göndərərək İsrailin müharibəni istəmədiyini bildirib.

 

Azinformasiya.az  “Times of Israel”ə istinadən xəbər verir ki, xarici işlər naziri Katz həmkarlarını “Hizbullah”ın hücumlarının dərhal dayandırılmasını, Litani çayının şimalına çəkilməsini və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq tərksilah edilməsini” tələb etməyə çağırıb.

“İsrail genişmiqyaslı müharibədə maraqlı deyil, lakin bunun qarşısını almağın yeganə yolu 1701 saylı qətnamənin dərhal həyata keçirilməsidir.”

Katz, eyni zamanda qeyd edib ki, “Hizbullah”ın hərbi rəhbəri Fuad Şükrə zərbə endirərkən İsrail “açıq bir mesaj göndərib: Bizə zərər verənə böyük güclə zərər verəcəyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir