İsrail xarici işlər naziri İsrael Katz Braziliya Prezidenti Luis Inasio Lula de Silvaya cavab verib.
Azinformasiya.az xəbər verir ki, İsrail Xin başçısı “X” hesabında yazıb.
Belə ki, Braziliya Prezidenti Lula de Silva 6 aylıq müharibədə Qəzzada 12.3 milyon uşağın öldüyünü bildirib. Buna cavab olaraq İsrail XİN başçısı: “Elə qanun olmalıdır ki, prezident olmaq istəyən hər bir şəxs saymağı öyrənməlidir”, paylaşımında vurğulayıb.
Qeyd edək ki, Braziliya Prezidenti Luiz İnasio Lula de Silva dəfələrlə İsrailin Qəzzadakı əməliyyatlarını sərt şəkildə tənqid edib. Braziliya Prezidentinin fikrincə “İsrailin davranışının heç bir izahı yoxdur: HAMAS-la mübarizə bəhanəsi ilə qadın və uşaqlar öldürülür”.
Azinformasiya.az