İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, paylaşımda deyilir:
“Tarix!
Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm.
Ölkələr arasında əlaqələrin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq.
İsrailə xoş gəlmisiniz”.
Azinformasiya.az