İsrailin müdafiə naziri Yoav Qallant ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə Qəzza zolağındakı hərbi əməliyyatı müzakirə edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında dərc edilib.
Hizbullah-ın Livan ərazisindən İsrailə davamlı hücumları və İsrail-Livan sərhədindəki vəziyyət telefon danışığı əsnasında tərəflər arasında müzakirə edilib.
İsrailli nazir ABŞ müdafiə nazirini iki girovun azad edilməsi üçün İsrail Müdafiə Qüvvələri tərəfindən həyata keçirilən uğurlu əməliyyat barədə də məlumatlandırıb.
Yoav Qalant qeyd edib ki, İsrail diplomatik kanallar və ya hərbi əməliyyatlar vasitəsilə ölkənin şimal sərhədində təhlükəsizliyi və həmin regiondan köçən vətəndaşların təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etmək öhdəliyini yerinə yetirəcək.
Azinformasiya.az