İsrail Qəzzanı bombalayıb, 16 nəfər həlak olub

İsrail ordusunun Qəzza şəhərində yaşayış evini bombalaması nəticəsində azı 16 nəfər həlak olub.

 

Azinformasiya.az “Al Jazeera”ya istinadən xəbər verir ki, şəhərin Əl-Səbra məhəlləsində yerləşən evin bombalanması nəticəsində daha onlarla mülki şəxsin yaralandığı bildirilir.

Məlumata əsasən, həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir