İsrail Prezidenti İsaak Hersoq Baş nazir Binyamin Netanyahuya, eləcə də hökumət və koalisiya üzvlərinə məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.
Azinformasiya.az xəbər verir ki, bu haqda İsrail Prezidenti “Twitter“ səhifəsində paylaşım edib.
Qeyd olunub ki, təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət – hər şey təhlükə altındadır.
“İsrail xalqı ilə birlik naminə, bizə həvalə edilmiş məsuliyyət naminə mən sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram.
Mən Knessetdəki bütün fraksiyaların, istər koalisiya, istərsə də müxalifət fraksiyalarının rəhbərlərini ölkə vətəndaşlarını hər şeydən üstün tutmağa, gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməyə çağırıram. Dərhal özünüzə gəlin! Bu, siyasi məqam deyil, liderlik və məsuliyyət məqamıdır”, – deyə İsrail Prezidenti qeyd edib.
Azinformasiya.az