İsrail ordusunun daha 3 hərbçisi ötən gün Qəzzada həlak olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dünən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar zamanı 2 nəfər leytenant (21 yaşlı Omri Şvartz, 20 yaşlı Yakov Elian) və 1 nəfər çavuş (19 yaşlı Lavi Qhasi) həlak olub. Ölən hərbçilərin ailələri məlumatlandırılıb.
Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 76-cı gündür ki, davam edir.
Azinformasiya.az