İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq əyalətindəki Beyt-Can yaşayış məntəqəsində endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Syria TV məlumat yayıb.
Məlumata əsasən, hücum zamanı daha bir neçə nəfər dağıdılmış binaların dağıntıları altında qala bilər.
Bildirilib ki, bir çox yerli sakin bölgəni tərk edərək qonşu kəndlərə qaçmaq məcburiyyətində qalıb.
Azinformasiya.az