İsrail ordusu Qəzzada son sutkada HƏMAS-ın 30-a yaxın üzvünü məhv edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, əməliyyatlar 24 saatdan da az zaman ə keçirilib.
Həmçinin vurğulanıb ki, Beyt Lahia bölgəsində HƏMAS-ın iki hərbi kompleksi dağıdılıb.
Məlumata əsasən, həmin hərbi komplekslərdə çoxsaylı silahlar, partlayıcı qurğular yerləşdirilmişdi.
Azinformasiya.az