İsrail ordusu Qəzza zolağına aviazərbələr endirib, ölənlər və yaralananlar var.
Azinformasiya.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Qeyd edək ki, İsrail ordusu bu gündən etibarən Qəzzada hərbi əməliyyatları bərpa etdiyini bildirib və buna səbəb kimi HAMAS-ın İsrail ərazisinə zərbələr endirərək atəşkəsi pozması göstərilib.
Azinformasiya.az