İsrail ordusu HAMAS-la müharibədə 7 oktyabrdan indiyə kimi ümumilikdə 571 hərbçi itirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün ərzində anklavın Xan Yunis şəhərində gedən döyüşlərdə daha bir İsrail hərbçisi həlak olub, 8 hərbçi yaralanıb.
Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başlayandan indiyə kimi həlak olan hərbçilərinin sayı 233 nəfərə çatıb.
Xatırladaq ki, keçən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən artıq israilli qətlə yetirilib.
İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmin hücumda 240-dan artıq israillini girov götürüb.
İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.
24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.
Azinformasiya.az