İsrail ordusu Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib.

 

Azinformasiya.az  xəbər verir ki, IDF-in açıqlamasında Əli Laricaninin “İran rejiminin rəhbərliyində ən təcrübəli və yüksək rütbəli şəxslərdən biri hesab olunduğu” bildirilib.

Qeyd edilib ki, Laricani İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin yaxın tərəfdaşı olub.

İranda son aksiyalarda etirazçılara qarşı qırğınlara şəxsən Laricaninin nəzarət etdiyi vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir