İsrailin müdafiə naziri Yoav Qallant Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində girovların azad edilməsinə dair sazişi dəstəklədiyini deyib.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə xarici jurnalistlərə açıqlamasında bildirib.
Qallant bunun İsrailə digər təhlükəsizlik problemlərini həll etmək üçün “strateji fürsət” verəcəyini bildirib: “Razılaşmanın əldə edilməsi bizə bütün cəbhələrdə təhlükəsizlik vəziyyətini dəyişmək üçün yüksək şans verən strateji fürsətdir”.
Beynəlxalq ictimaiyyəti razılığa gəlmək üçün HAMAS-a təzyiqi davam etdirməyə çağıran Qallant ABŞ Prezidenti Co Baydenin mayın 31-də elan etdiyi üç fazalı atəşkəs razılaşmasının ilk mərhələsini qətiyyətlə dəstəklədiyini qeyd edib.
“İsrail girovları geri qaytaracaq altı həftəlik fasilə ilə bağlı razılaşma əldə etməlidir”, – o əlavə edib.
Qallant eyni zamanda bildirib ki, HAMAS-ın hərbi imkanları 11 aydan artıq davam edən müharibədən sonra ciddi şəkildə zədələnib və artıq Qəzzada hərbi birləşmə kimi mövcud deyil.
“HAMAS hərbi birləşmə olaraq artıq mövcud deyil. O, partizan müharibəsi ilə məşğuldur və biz hələ də HAMAS qüvvələri ilə mübarizə aparırıq”, – deyə Qallant jurnalistlərə bildirib.
Azinformasiya.az