Ordunun mətbuat xidməti bildirir ki, İsrail Hərbi Hava Qüvvələri silah anbarlarını və terrorçuların infrastrukturunu məhv etməyə müvəffəq olub.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanda “Hizbullah” hərəkatının hədəflərinə hücum edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Hərbi Hava Qüvvələrinin həm Livanın mərkəzi bölgələrində, həm də ölkənin cənubunda hədəflərə hücum edildiyi qeyd olunur.
Ordunun mətbuat xidməti xəbər verir ki, zədələnən obyektlər arasında silah anbarları və terrorçuların infrastrukturu var.
Azinformasiya.az