İsrail Livana zərbə endirib, ABŞ vətəndaşı və iki övladı ölüb

İsrailin pilotsuz uçuş aparatlarının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, 5 nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hücum zamanı daha 2 nəfər isə yaralanıb.

Livan parlamentinin sədri Nəbih Berri aviazərbələrdə ABŞ vətəndaşı olan ata və üç övladının həlak olduğunu bildirib.

Onun sözlərinə əsasən, uşaqların anasının vəziyyəti ağırdır.

İsrail ordusu isə açıqlamasında hücum zamanı Hizbullah üzvünün hədəf alındığını açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir