İsrail aviasiyası Qəzza zolağında Fələstin radikallarının bir gün əvvəl Aşkelon istiqamətində atəş etdiyinə görə, onlara hücum edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, hədəf anklavın şimal hissəsində yerləşən Cəbəliyə qaçqın düşərgəsində olub.
Qeyd edək ki, Aşkelon anklavdan 12 km şimalda yerləşən Qəzza zolağı ilə sərhədə ən yaxın ən böyük şəhərdir. Oktyabrın 12-də uzun müddətdən sonra ilk dəfə Qəzzadan birbaşa raket atəşinə məruz qalıb. Ümumilikdə hərbçilər iki raketin buraxılışını qeydə alıblar, hər ikisi də yaşayış olmayan əraziyə düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib.
Azinformasiya.az