İsrail Müdafiə Qüvvələri İsfahan hava limanında “F-14” qırıcı təyyarələrinə zərbə endirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
O, Hərbi Hava Qüvvələrinin genişmiqyaslı hava hücumları nəticəsində dünən İran rejiminin qırıcı təyyarələrinin İsfahan hava limanında saxlanıldığı ərazilərə zərbə endirildiyini bildirib.
Bundan başqa, Hərbi Hava Qüvvələrinin təyyarələrini təhdid edən aşkarlama və müdafiə sistemlərinə də hücum edilib.
Azinformasiya.az