İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.
Azinformasiya.az İspaniya mediasına istinadən xəbər verir ki, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.
Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.
Məlumata əsasən, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin səbəbi hazırda məlum deyil.
İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü” deyib: “Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk”.
Azinformasiya.az