İspaniya tezliklə Ukraynaya daha 4 “Leopard 2” döyüş tankı təhvil verəcək.
Azinformasiya.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Hərbi baxımdan, çox uzun və intensiv əməkdaşlığa əlavə olaraq, İspaniya tezliklə dörd “Leopard” tankı və zirehli personal daşıyıcı da daxil olmaqla, Ukraynaya kömək etmək üçün yeni ağır texnika tədarük edəcək”, – Sançez diqqətə çatdırıb.
İspaniya hökumət başçısı, eyni zamanda qeyd edib ki, İspaniya Ukraynanın cəbhə xətti yaxınlığında yaralı hərbçilərin və mülki vətəndaşların müalicə imkanlarını yaxşılaşdırmaq üçün cərrahi imkanlara malik portativ səhra xəstəxanasını Ukraynaya çatdırmağa hazırlaşır.
Bundan başqa, Sançez qeyd edib ki, 650-dən çox ukraynalı müalicə üçün İspaniyaya gedib. Həmçinin Saraqosa şəhərində ukraynalı terapevtlər üçün qabaqcıl proqramlar üzrə təlimlər keçirilir.
Azinformasiya.az