İspaniya Ukraynaya 55 milyon avro maliyyə yardımı ayıracağını açıqlayıb

İspaniya kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, məktəblərin ekoloji cəhətdən təmiz enerji sistemləri ilə təmin edilməsi üçün Ukraynaya 55 milyon avro ayıracaq.

 

Azinformasiya.az Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Ali Radasında çıxışı zamanı söyləyib.

İspaniya hökumət başçısının sözlərinə əsasən, 51 milyon avro Dünya Bankı vasitəsilə Ukraynadakı kiçik və orta sahibkarları dəstəkləmək üçün veriləcək, eləcə də Ukraynadakı məktəblərin təmiz və dayanıqlı enerji sistemləri ilə təmin olunması üçün BMT İnkişafı Proqramı vasitəsilə bu sahəyə 4 milyon avro ayırılacaq.

Baş nazir Pedro Sançez, həmçinin qeyd edib ki, Ukraynanın bərpası zaman və müxtəlif sahələrə daha çox investisiya qoyulmasını tələb edəcək.

“İspaniya hökuməti Ukrayna infrastrukturunun və istehsal sənayesinin uyğunlaşdırılması və modernləşdirilməsi üçün zəruri maliyyələşdirilməni dəstəkləyəcək”, – İspaniyanın Baş naziri bildirib.

Qeyd edək ki, Baş nazir Sançez bu gün səhər Kiyevə səfər edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir