İspaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 Hornet döyüş təyyarəsi Teruel şəhəri yaxınlığında qəzaya uğrayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə İspaniya Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Komanda yoldaşımız polkovnik-leytenant Pablo Estrada Martinin F-18 qəzasında öldüyünü təəssüflə bildiririk”, – Hərbi Hava Qüvvələri “X”də yazıb.
Azinformasiya.az