İspaniya Baş naziri Zelenski ilə görüşüb

Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, görüşlə bağlı Ukrayna Prezidentinin “Twitter” hesabında paylaşım edilib.

Görüşdə Ukrayna lideri belə çətin zamanda bu cür səfərlərin vacibliyinə toxunaraq, “Biz sizə dostlarımız kimi güvənirik”, – deyə qeyd edib.

“Döyüş meydanında xalqımızı qüvvətləndirmək, iqtisadiyyatımızı gücləndirmək üçün sizin – dostlarımızın dəstəyinə ehtiyacımız var. Ukraynaya xoş gəlmisiniz!” Zelenski vurğulayıb.

İspaniya Baş naziri bildirib ki, İspaniya bu gündən etibarən Avropa İttifaqı Şurasına sədrlik edir və sədrliyə başladığı ilk gün o, Kiyevə səfər edərək vacib bir siqnal göndərmiş olur. “Mən burda olmağıma şadam. Mənim ölkəm İspaniya sizin dostunuzdur”, – Pedro Sançez öz növbəsində bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir