İsmayıllının İvanovka kəndində intihar hadisəsi olub

İsmayıllı rayonunun İvanovka kəndində intihar hadisəsi olub.

Azinformasiya.az xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Kamran Adil oğlu bu gün günortadan sonra yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq həyatına son qoyub.

Ailə üzvləri hadisədən gec xəbər tutduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlara görə onun özünə qəsd etməsinin səbəbi maddi problemlərdir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir