İsmayıllıda qadını elektrik cərəyanı vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Talıstan kəndində qeydə alınıb.
Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G. Hüseynova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az