İsmayıllıda avtomobil qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Anar Anar, 1961-ci il təvəllüdlü Ramiz Ömərov və 1963-cü il təvəllüdlü Nailə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az