“İslami Cihad”: İsrail ordusu Qəzzadan çəkilənə qədər girovlarla bağlı danışıqlar aparılmayacaq

Qəzza zolağında radikal qruplar tərəfindən saxlanılan girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə dəyişdirilməsinə dair danışıqlar İsrail ordusu birlikləri Fələstin anklavından çıxarılana qədər aparılmayacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu açıqlama ilə telegram kanalında “İslami Cihad” radikal qruplaşmasının baş katibi Ziyad ən-Nəhhala çıxış edib.

“İsrail qüvvələri Qəzza zolağından tamamilə çıxarılmayana qədər düşmənlə əsirlərin dəyişdirilməsi və ya digər məsələlərlə bağlı heç bir sövdələşmə aparılmayacaq” – o deyib.

İslami Cihad, həmçinin qeyd edib: “Digər söhbətlər faydasızdır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir