İraq Prezidenti: Azərbaycanla əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik

“Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik”.

 

Azinformasiya.az xəbər verir ki, bunu noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı bildirib.

“Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır” – İraq Prezidenti qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir