İŞİD-in İraqdakı qanadının lideri xüsusi əməliyyat zamanı öldürülüb.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani açıqlayıb.
Xüsusi əməliyyat şimaldakı Həmrin dağ silsiləsinin yerləşdiyi ərazidə keçirilib.
Hökumət rəhbəri, həmçinin qeyd edib ki, həmin şəxslə yanaşı, bu terror təşkilatının 8 üzvü də zərərsizləşdirilib.
Azinformasiya.az